Fransa və Portuqaliya aeroportlarında kütləvi tətil – VİDEO

Fransa və Portuqaliya aeroportlarında kütləvi tətil – VİDEO

Baxış sayı: 2. 385 dəfə baxılıb.

Pasxa bayramı ərəfəsində Portuqaliya və Fransada  sərnişinlər çətin duruma düşüb.

ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, İrlandiya loukesteri “Ryanair” şirkətinin həmkarlar ittifaqı əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə irimiqyaslı tətil elan edib.

Aksiya ərəfəsində bir neçə hava reysi təxirə salınıb. Tətildə göyərtə bələdçilərinin 90 faizi iştirak edir. “Ryanair”şirkəti Portuqaliyanın beş əsas aeroportunda fəaliyyət göstərir.

Dörd günlük tətil aprelin 1-dən 4-ə kimi davam edəcək.

Fransanın “Air France” aviaşirkətinin əməkdaşları isə son ay ərzində üçüncü dəfədir ki, kütləvi tətil keçirir. Şirkət əməkdaşlarının iş yerinə gəlməməsi səbəbindən aviareyslərin dördə bir hissəsi təxirə salınıb.

“Air France” əməkdaşları şirkət rəhbərliyindən maaşların 6 faiz artırılmasını tələb edir.

.
www.ÇıxışYolu.Com