Fransa və Avropa İttifaqı HƏMAS-ı terror təşkilatı kimi tanıdı
Fransa və Avropa İttifaqı Fələstinin HƏMAS qruplaşmasını terror təşkilatı kimi
tanıyıb.
Bunu Fransanın baş naziri Elizabet Born çərşənbə axşamı, oktyabrın 10-da Milli
Assambleyada (parlamentdə) bəyan edib.
“Terrorizm və vəhşiliyə heç bir bəraət yoxdur. HƏMAS terror qruplaşmasıdır,
hazırda Fransa və Aİ tərəfindən tanınır. Fransadan bir avro da terrorçuların
əlinə keçməməlidir. Ölkə rəhbərliyi Fransada antisemitizmin nə küçədə, nə də
internetdə təzahürünə icazə verməyəcək. Fransa Yaxın Şərqdə uzunmüddətli sülh
nizamlanmasına nail olmağın tərəfdarıdır. Amma bu, çox vaxt aparacaq”, –
Elizabet Born əlavə edib.
Mənbə: newdaynews.ru