Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfəri
çərçivəsində bu ölkənin silahlı qüvvələr naziri Sebastyan Lekornyu ilə görüşüb.
Ermənistan mediasının məlumatına görə, görüş zamanı Ermənistan-Fransa müdafiə
əməkdaşlığı, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Danışıqlar zamanı 2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə
keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata
keçirilməsi üzrə işlərin gedişi, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o
cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq,
təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Rəsmi görüşdən sonra mətbuata birgə bəyanat verilib. Daha sonra müdafiə
sahəsində ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb.