Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

Fransa XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

Baxış sayı: 2. 782 dəfə baxılıb.

Fransa respublikası Avropa və xarici işlər naziri Jan-İv Lö Drianın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Azərbaycana rəsmi səfəri başlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, səfər çərçivəsində Fransa XİN başçısı ADR-nin 100 illik yubileyinə  həsr edilmiş bir sıra tədbirlərdə iştirak edəcək.

Jan-İv Lö Drianın Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, xarici işlər naziri  Elmar Məmmədyarov və maliyyə naziri Samir Şərifovla görüşü nəzərdə tutulub. 

Görüşlər zamanı gündəmdə olan beynəlxalq məsələlər və ikitərəfli əlaqələr müzakirə ediləcək.  Fransa və Azərbaycan  arasında iqtisadi sahədə yeni sazişlərin imzalanacağı gözlənilir.

www.ÇıxışYolu.Com