Fransada 30 il "stajlı" seksual manyak tutuldu

Fransada 30 il "stajlı" seksual manyak tutuldu

Baxış sayı: 3. 298 dəfə baxılıb.

Fransada 1988-ci ildən bəri, 30 il ərzində silsilə cinayətlər törətmiş seksual manyak həbs olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “L’Express” məlumat yayıb.

Fevralın 26-da tutulan cinayətkar ölkənin şimalında yerləşən Pon-sür-Sambre kommunasında yaşayıb. Valansyen şəhər prokuroru mətbuat konfransında onun törətdiyi əməlləri müstəntiqlərə etiraf etdiyini bildirib.

Seksual manyak Fransa və Belçikada 40 yaxın qadını zorlayıb və ya cinsi istismar edib. Öz hərəkətlərini o, özündən asılı olmayan impulsla əlaqələndirib.

Prokurorluğun məlumatına görə, hücumu manyak hər zaman eyni ssenari əsasında həyata keçirib, törətdiyi əməllərin coğrafiyası isə elə də böyük olmayıb. Qadınlara hər dəfə arxadan hücum edib. Hücumları səhər tezdən və ya gecənin qaranlığında həyata keçirməyə üstünlük verib. Cinayətkar hər zaman üzünü gizlədib və əksər hallarda iz qoymamaq üçün əlində əlcək olub.

Kimliyi açıqlanmayan seksual manyakın 50-dən çox yaşı var. Onun 3 uşaq atası olduğu bildirilir. Qəzetin məlumatına əsasən, o əvvəllər yerli futbol klubunun futbolçusu, məşqçisi və prezidenti olub. Qohumları ondan heç vaxt şübhələnmədiklərini bildirib. Tanışları onu yaxşı ata və ər, qayğıkeş insan kimi qələmə verir.

www.ÇıxışYolu.Com