1dea6ceb-8da1-4ecd-a1ea-e0979a5b72e4..jpg

Fransada Azərbaycan musiqisi tədris olunacaq – FOTO

Baxış sayı: 556 dəfə baxılıb.

Fransada Azərbaycan musiqisi tədris olunacaq – FOTO

Fransanın Selestat şəhərində azərbaycanlı bəstəkar, vokalist və xor dirijoru
İlahə Ahuinin rəhbərliyi ilə “Yamaha” musiqi məktəbinin açılışı olub.

“Report” xəbər verir ki, məktəbin açılışında Fransada “Yamaha” musiqi
məktəbinin direktoru Jan Mişel Duran, Kolmar şəhərinin Ticarət və Sənaye
Palatasının prezidenti Kristyan Roth və digər şəxslər iştirak ediblər.

Azərbaycanlı musiqiçinin rəhbərlik etdiyi musiqi məktəbində xarici
bəstəkarlarla yanaşı, azərbaycanlı bəstəkarların da musiqiləri tədris olunacaq.
Məktəbdə piano və vokal musiqi dərsləri keçiriləcək.

Xatırladaq ki, kiçik yaşlarından xor solisti olan İlahə Ahui Bakıda piano
sinfində oxuyub. Azərbaycanlı musiqiçi 2012-ci ildə Kolmar şəhərində
konservatoriyanın dirijorluq və vokal sinfinə daxil olub.

Yerli xor qruplarına dirijorluq edən İ.Ahui Kolmardakı “Yamaha” musiqi
məktəbində dərs deyib. Beləliklə, uzun və zəngin musiqi karyerasına malik olan
azərbaycanlı musiqiçi özünün musiqi məktəbini təsis etmək qərarına gəlib.

Source link