68e69ee4-6e2f-4609-bc3a-e779f79ad7c0..jpg

Fransada bomba xəbərdarlığı zənglərinə görə beş lisey bağlanıb

Baxış sayı: 745 dəfə baxılıb.

Fransada bomba xəbərdarlığı zənglərinə görə beş lisey bağlanıb

Fransanın paytaxtı Parisin cənub-şərqindəki Val-de-Marn departamentindəki beş
lisey bomba xəbərdarlığı zənglərinə görə müvəqqəti olaraq bağlanıb.

Məlumata görə, zəng edənlər “Əl-Qaidə” terror təşkilatı adından hərəkət
etdiklərini iddia ediblər. Hadisə yerində polis itləri işləyir. Şagirdlər
təxliyə edilib. Hələlik heç bir partlayıcı obyekt aşkar edilməyib.

Qeyd edək ki, tədris ilinin başlanmasından sonra təhsil müəssisələrində bomba
qoyulması ilə bağlı yalan məlumatların verilməsi halları daha da artıb.

Mənbə: TASS

Source link