Fransa əks-kəşfiyyat idarəsi ölkədəki çeçen icmasının bir neçə üzvünü həbs edib. Saxlanılan altı nəfər ötən il İspaniyada baş verən terror aktında şübhəli bilinir.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Franceinfo” məlumat yayıb.
Məlumatlara görə, təhlükəsizlik xidmətinin əməkdaşları Aşağı Reyn, Jironda və Yuxarı Qaronnadakı departamentlərə baş çəkib.
Qeyd olunub ki, saxlanılanların Paris şəhərində insanlara hücum edən çeçen əsilli Həsən Əzimovla heç bir əlaqəsi yoxdur.