Fransada “sarı jiletlər” hərəkatının keçirdiyi etiraz aksiyalarında azı 50 min insan iştirak edir.
ÇıxışYolu.Com – ın məlumatına görə, bu barədə “France Info” radiostansiyası daxili işlər naziri Kristof Kastanerin bəyanatına istinadla xəbər verir.
“Monde” nəşrinin məlumatına əsasən, paytaxt Parisdə etiraz aksiyalarında 4 minə yaxın insan iştirak edir.
Paris və digər şəhərlərdə etiraz aksiyaları hüquq-mühafizə orqanları ilə toqquşmalarla müşaiyət edilir.