575baf33-623a-4de2-b7e7-cd9aeac22189..jpg

Fransada iki həftə ərzində hava limanlarında terror hücumu təhlükəsi ilə bağlı 100 məlumat daxil olub

Baxış sayı: 589 dəfə baxılıb.

Fransada iki həftə ərzində hava limanlarında terror hücumu təhlükəsi ilə bağlı
100 məlumat daxil olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın nəqliyyat nazir-deleqatı Kleman Bon bildirib ki, oktyabrın
ortalarından bəri hava limanlarında partlayış təhlükəsi ilə bağlı 100 məlumat
daxil olub.

“Oktyabrın 18-dən bəri hava limanlarında partlayış təhlükəsi ilə bağlı 100
məlumat daxil olub”, – deyə o, bildirib.

O qeyd edib ki, son günlər hüquq-mühafizə orqanları daha qətiyyətli reaksiya
verdiyi üçün belə hallar azalıb.

“Biz hər bir hal (terror hücumları riski ilə bağlı yalan məlumatlarla bağlı –
red.) üçün məhkəməyə müraciət edəcəyik”, – deyə Bon əlavə edib.

Fransada son həftələrdə bomba təhlükəsi ilə bağlı məlumatların daxil olması
səbəbindən bir çox regional hava limanını bir neçə dəfə boşaldıb. Bu xəbərlərin
heç biri təsdiqini tapmayıb.

Mənbə: Interfax

Source link