Fransanın Pino biznesmen ailəsi üçdə iki hissəsi kül olmuş Notr-Dam kilsəsinin bərpasına 100 milyon dollar ianə edəcək.
Bu barədə “Le Parisien” yazır.
Milyarder Fransua-Anri Pino və atası Fransua kilsənin tam restavrasiyası üçün bu vəsaiti sahib olduqları “Artemis” holdinqinin aktivlərindən ayıracaq.
Qeyd edək ki, F.Pino tanınmış aktrisa Salma Hayeklə evlidir və “Artemis” holdinqinin prezidenti postunu tutur. “Christie’s” hərrac evi, “Gucci” və “Yves Saint Laurent” brendlərinə sahib olan “Kering” şirkətlər qrupu bu holdinqə daxildir.