Fransanın Alp və Piriney dağlarında həftəsonu ərzində baş verən qar uçqunları azı doqquz nəfərin həyatına son qoyub.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Cümə günü Alp dağlarında beş xizəkçi həlak olub, bir nəfər itkin düşüb.
Növbəti gün isə oxşar hadisə Fransa-İspaniya sərhədində yerləşən Aranyuyet kommunasının ərazisində qeydə alınıb. Beş nəfər qar uçqununa düşüb. Onlardan ikisi həlak olub.
Əlverişsiz hava şəraiti ilə əlaqədar Fransa DİN dağlıq ərazilərdə olan xarici və yerli turistləri son dərəcə ehtiyatlı olmağa və xilasedicilərin həyatlarını təhlükəyə atmamağa çağırıb.
Alp dağlarında qar uçqunu riski yüksək olaraq qalır. Uçqun təhlükəsi ilə bağlı 4-cü dərəcəli xəbərdarlıq elan edilib.