Futbol tarixinin ən titullu klublarından sayılan “Real Madrid” dünən baş tutan
“Qızıl Top” mükafatının təqdimetmə mərasimində komandanın heç bir
nümayəndəsinin iştirak etməməsindən sonra qalmaqalın mərkəzində olub.
Cixisyolu.com bildirir ki, Fransanın “L’Equipe” nəşri İspaniya nəhəngini qalibə
hörmətsizlikdə və idman dəyərlərini pozmaqda günahlandıraraq tənqidi məqalə
dərc edib.
Bu il mükafatı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri qazanıb. O, 2008-ci
ildən bəri Kriştianu Ronaldu və Lionel Messinin hegemonluğunu pozan üçüncü
futbolçu olub. Qeyd edək ki, portuqaliyalı və argentinalı uzun müddətdən sonra
ilk dəfə, hətta nominantlar siyahısına da düşməyiblər. 2018-ci ildə “Qızıl
Top”u xorvat Luka Modriç, 2022-ci ildə isə fransız Kərim Benzema qazanmışdı.
“Real”dan “Qızıl Top”a Vinisius Junior, Dani Karvaxal və Cud Bellinqem namizəd
idilər, lakin onlardan heç biri arzuolunan trofeyə layiq görülməyib. Madrid
klubu qalibi təbrik etmək əvəzinə tədbiri nəzərə almamağa üstünlük verib ki, bu
da futbol ictimaiyyəti tərəfindən tənqid dalğasına səbəb olub.
“Madrid klubu heç bir çəkinmə olmadan qaliblərinə hörmətdən ibarət olan idman
dəyərini pozub”, – deyə “L’Equipe”də dərc olunan “Seçki və mənəvi məğlubiyyət”
başlıqlı məqaləyə yekun vurulub.