f7a558dc-45b7-474a-ad93-f9c51fffe189.jpg

Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar

Baxış sayı: 23 dəfə baxılıb.

Fransa hakimiyyəti Rusiya ilə silahlanma yarışına hazırlaşır.

Cixisyolu.com-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri
Jan-Noel Barro LCI telekanalına açıqlama verib.

Onun sözlərinə görə, bunun üçün Paris hərbi büdcəni artırır.

“Hərbi büdcə haqqında qanun ordumuzun yerləşdirmə, müdaxilə və müdafiə
imkanlarını yenidən yaratmağa imkan verdi. Amma bu gün bizim əsas müdafiə
xəttimiz haradadır? O, Ukraynanın cənubunda və şərqindədir”, – deyə nazir
bildirib.

Nazirlik rəhbəri vurğulayıb ki, bununla əlaqədar olaraq Fransa Ukraynaya
hərbi, maliyyə və humanitar yardım göstərir və bunu nə qədər lazımdırsa, o
qədər də etməyə hazırdır.

Source link