Son məlumatlara görə, Trebe şəhərində supermarketə silahlı basqın etmiş terrorçu xüsusi təyinatlı dəstə tərəfindən zərərsizləşdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı məlumat yayıb.
Telekanal hadisənin təfərrüatlarını açıqlayıb.
Məlumata görə, terrorçu Trebe şəhərində silahlı hücum həyata keçirməzdən əvvəl, bir sürücünü qətlə yetirib və maşını qaçırıb.
“O ağ rəngli “Opel” markalı avtomobilin sürücüsünün başından atəş açıb. Həmin maşında supermarketə yollanıb və daha iki nəfəri qətlə yetirib, bir qrup insanı girov saxlayıb” deyə məlumatda qeyd olunur.
15:33
Super-marketə daxil olan şəxsin terrorçu olduğu bildirilir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Onun açdığı atəş nəticəsində iki nəfər həlak olub, on iki nəfər yaralanıb.
Şübhəlinin İŞİD qruplaşmasının üzvü olduğu bildirilir. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bütün girovlar azad edilib.
Hadisəyə görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. Dükana basqın edən terrorçunun daha əvvəl qonşu Karkason şəhərində polisləri atəşə tutduğu, nəticədə 1 polis əməkdaşının yaralandığı bildirilir.
15:20
Fransanın Trebe şəhərinin Od rayonunda naməlum şəxs super-marketə daxil olaraq insanları girov götürüb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Fransanın FBMT telekanlı məlumat yayıb.
Həmin şəxsin silahlı olduğu bildirilir.
“Polis “Super U” marketinin yerləşdiyi rayonda xüsusi əməliyyat keçirir” deyə yerli hökumətin rəsmi Twitter səhifəsində qeyd olunur.
Əməliyyatın keçirildiyi super-market hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.
Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.
⚠️ Intervention de police en cours à #Trèbes dans l’#Aude. La priorité est à l’intervention des forces de police et de secours. Plus d’informations à venir sur ce compte, ne diffusez pas de rumeurs ⬇️ pic.twitter.com/M2t4mLccG0
— Ministère de l’Intérieur (@Place_Beauvau) 23 марта 2018 г.