940fcc9f-1ca8-4a99-b713-fb81d2bc8484..jpg

Fransada sürətlə müflisləşmə gedir

Baxış sayı: 590 dəfə baxılıb.

Fransada sürətlə müflisləşmə gedir

Son 12 ayda Fransada kiçik və orta müəssisələrin müflisləşməsinin sayı
təxminən 1,5 dəfə – 43,6% artıb.

Bu statistika həm də, Fransa hakimiyyətinin COVID-19 pandemiyası zamanı kiçik
və orta biznes üçün etibarlı müdafiəni təmin edən dəstək tədbirlərini
məhdudlaşdırması ilə əlaqədardır. İndi bir çox sektorda iflas statistikası
yenidən yüksəlir.

Qeyd olunur ki, hazırda kənd təsərrüfatı müəssisələri, hotellər, restoranlar,
eləcə də pərakəndə satış mağazaları digərlərinə nisbətən daha çox çətinlik
yaşayır. Üstəlik, ekspertlər xəbərdarlıq edirlər ki, yaxın aylarda bu
müəssisələrin hamısı daha çox zərər görəcək.

“Altares” şirkətinin aparıcı tədqiqatçısı Tyerri Millonun fikrincə, xüsusilə
də qida seqmentində davamlı inflyasiya insanların ilk növbədə bayramlara pul
xərcləməyə və istehlak səviyyəsinə qənaət etməyə üstünlük verdiyi yay mövsümü
başlayan kimi, ev təsərrüfatlarının xərclərini ağırlaşdırmağa davam edəcək.

2023-cü ilin sonuna qədər azı 55 min müəssisənin müflisləşəcəyi
proqnozlaşdırılır ki, bu da 2018-ci ilin göstəricilərinə qayıtmaq deməkdir.

Mənbə: France 2

Source link