Fransa hökuməti “sarı jiletlilər” in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çada səfəri zamanı deyib.
”Aydın məsələdir ki, ən sərt tədbirlər görüləcək”, – deyə BFM TV Makronun sözlərini sitat gətirib.
Dövlət başçısı etirazçıları barışıq əldə etməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.
”Fransaya indi nizam-intizam, dinclik və həmrəylik lazımdır”, – deyə o qeyd edib.
Ötən gün ölkədə keçirilən etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb.