fcd09067-fa29-4b44-83b5-5338bef7673e..jpg

Fransada yaşayan soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər

Baxış sayı: 589 dəfə baxılıb.

Fransada yaşayan soydaşlarımız Evian-lö Bən şəhər meriyasına etiraz ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı
şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan
Azərbaycan icmasını hiddətləndirib.

Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından Fransa Xarici İşlər
Nazirliyinə, Fransa parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan
bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın
Evian-lö Bən arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq
xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki,
məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb
və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi
Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar
mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında
mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şyrası qeyd edib ki,
meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1 maddəsinə ziddir.

Source link