Fransanın şimal-qərbində Kale limanının gömrükçüləri, yük maşının soyuducusunda axtarış apararkən, dörd uşaq da daxil olmaqla, səkkiz migrant aşkar ediblər.
TASS xəbər verir ki, soyuducuda temperatur mənfi yeddi dərəcə idi.
Miqrantlar hipotermiyadan əziyyət çəksələr də hamısı sağ qalmağı bacarıb. Xilasetmə xidməti migrantların hipotermiyadan yüngül şəkildə təsirləndiyini bildirib. Onlara ilk tibbi yardım göstərilib.
Miqrantlar əfqan olduqlarını açıqlayıblar. Onların yerləşdikləri gizli bölmə yük maşınının arxasına olub. Yük maşınının sürücüləri olan iki Rumıniya vətəndaşı nəzarətə götürülüb.