Fransalı ailə ən son anda bəbirlərdən xilas oldu – VİDEO

Fransalı ailə ən son anda bəbirlərdən xilas oldu – VİDEO

Baxış sayı: 2. 194 dəfə baxılıb.

Fransalı turist ailəsi safari gəzintisi zamanı bəbir sürüsü ilə üz-üzə gəlib.

ÇıxışYolu.Com “The Daily Mail”ə istinadən xəbər verir ki, insident Niderlandın “Beekse Bergen” safari parkında qeydə alınıb.

Səyahətdən əvvəl təlimatçılar onlara heç bir halda avtomobili tərk etməməyi tapşırıb. Fransalı turistlər isə bunə məhəl qoymayaraq vəhşi təbiətin qoynunda gəzməyə qərar verib.

Böyük ehtimalla ziyarətçilər uzaqdan bəbirlərin fotoşəkillərini çəkməyə çalışıb. Ancaq onlar anidən yerlərini dəyişərək, ailənin istiqamətində şütüyüb.

Kadrlarda üç böyük və iki uşağın ən son anda avtomobilə minərək yırtıcılardan xilas olduqlarını görmək olur. Digər yandan heyvanların çox təhlükəli məsafədə olmalarına baxmayaraq,onlar  özlərini aqressiv aparmayıb, sadəcə yeni qonaqlarla maraqlanıb.

Əlində körpə olan valideynlərdən birinin bəbirlərin hücumu zamanı soyuqqanlı davranmasına görə, sosial şəbəkədə onlara ilin ailəsi adını veriblər. 

.
www.ÇıxışYolu.Com