Fransalı tədqiqatçı: “Fransa hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac var” – FOTO

Baxış sayı: 799 dəfə baxılıb.

Fransalı tədqiqatçı: “Fransa hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac
var” – FOTO

“Fransa hüquq-mühafizə orqanlarında islahatlara ehtiyac var”.

Bunu “Report”un yerli bürosuna açıqlamasında Avropada Perspektiv və
Təhlükəsizlik İnstitutunun tədqiqatçısı Kventin Delarue bildirib.

Onun sözlərinə görə, Fransanın Nanter şəhərində polisin 17 yaşlı yeniyetməni
qətlə yetirməsi cəmiyyətdə şok yaradıb:

“Şəhərətrafı qəsəbələrlə hüquq-mühafizə orqanlarının iş şəraitlərinin
yaxşılaşdırılması üçün islahatlara böyük ehtiyac var. Polislərin iş şəraiti
yaxşılaşdırılmalıdır. Eyni zamanda, Fransanın şəhərətrafı qəsəbələrində
işsizlik, təhlükəsizlik problemləri var. Bu ərazilərdə işsizlik səviyyəsi
gənclər arasında çox yüksəkdir. Ona görə də insanlarda, xüsusilə gənclərdə
dövlətin onları tərk etdiyi, tək buraxıldıqları təəssüratı yaranıb. Bu da ciddi
təhlükəsizlik problemlərinə səbəb olub. Bu ərazilərdə xidmət aparan polis
əməkdaşlarının sayı da çox azdır. Bu da onları ağır iş şəraitində işləməyə
məcbur edir”.

K.Delarue deyib ki, Fransada polis əməkdaşlarının təlimlərə ehtiyacı var:

“Şəhərətrafı ərazilərdə əməliyyatlar zamanı təcrübəsiz polisləri müşayiət
etmək və onlara təlim keçmək üçün daha təcrübəli polislərə ehtiyac var.
Üstəlik, polisin odlu silahdan daha düzgün istifadə etməsi üçün “İctimai
təhlükəsizlik” qanununu da nəzərdən keçirmək yaxşı olar. Bundan əlavə, polis
yoxlamalarını daha da şəffaflaşdırmaq üçün onların geyimlərinə kamera
yerləşdirilməsi praktikasını genişləndirmək məqsədəuyğundur. Fransa hüquq
dövlətidir, məhkəmə araşdırmaları davam edir, vaxt lazımdır. Bu faciənin hansı
şəraitdə baş verdiyini və kimlərin günahkar olduğunu gec-tez biləcəyik”.

Source link