4c8ac42d-4e68-40b7-a2a6-346eb14cea4b..jpg

Fransanın Mozel departamentinin baş ravvini Ermənistan liderinin sözlərindən şoka düşüb

Baxış sayı: 688 dəfə baxılıb.

Fransanın Mozel departamentinin baş ravvini Ermənistan liderinin sözlərindən
şoka düşüb

Fransanın şimal-şərqindəki Mozel departamentinin və Mets şəhərinin baş ravvini
Bruno Fişzon Holokost mövzusundan istifadə edən Ermənistan siyasi liderinin
sözlərindən şoka düşüb.

Bu barədə Bolqarıstanın “Sofia Globe” nəşrində dərc edilən məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, avqustun 27-dən sentyabrın 7-dək Amerika və Avropanın
86 aparıcı ravvini Bakı ravvini Zamir İsayevin çağırışına cavab verib və
Azərbaycanın iblisləşdirilməsinə və onun düşmənlərinin Holokost mövzusundan
istifadə etməsinə qarşı çıxış ediblər.

Onlar erməni təbliğatının hər hansı siyasi məqsədlərə nail olmaq naminə
Holokost mövzusundan istifadəsinə dərhal və tam son qoymasını tələb ediblər.

Yəhudi din xadimləri, həmçinin Ermənistanın İranla əməkdaşlığı ilə bağlı da
məyusluqlarını bildiriblər:

“Ermənistan hökumətinin daim açıq şəkildə İsrailin məhv edilməsinə çağırış
edən İran İslam Respublikasının hökuməti ilə əməkdaşlığından dərin
məyusluğumuzu bildirmək istərdik”.

Zamir İsayevin özü isə qeyd edib ki, ABŞ və Avropa İttifaqı Ermənistanla
Azərbaycan arasında sülh sazişi bağlamaq üçün səylər göstərirlər və “soyqırımı”
məsələsini gündəmə gətirməklə Azərbaycana psixoloji təzyiq göstərmək yalnız
danışıqlar prosesinə zərər verə bilər.

Source link