Fransanın müstəmləkəçilik siyasəti əleyhinə çıxış edən məşhur fəal və Afrika
xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Seba Parisdə polis
tərəfindən saxlanılıb.
Cixisyolu.com bu barədə “24haubenin” portalına istinadən xəbər verib.
Kemi Seba Fransa ərazisinə qanunsuz yolla daxil olmaqda ittiham olunur.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı
müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların
öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti
Əleyhinə Beynəlxalq Konfransda da iştirak edib.