Fransanın NATO və Aİ-dən təcili çıxması tələb edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”.
Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib.
“Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa
çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq
NATO-nu tərk etməliyik”, – o bildirib.
Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini
bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”.
Mənbə: TASS