Fransanın Nigerdən qoşunlarının çıxaracağı vaxt məlum olub
Fransa bir həftə ərzində qoşunlarını Nigerdən çıxarmağa başlayacaq.
Bu barədə Fransa Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən AFP məlumat
yayıb.
“Bir sıra hərbi hissələrin çıxarılması ilə bağlı danışıqlar başlayıb. Terrorla
mübarizədə əməkdaşlığın dayandığı bir mühitdə bu cür müzakirələrin başlaması
normaldır”, – deyə bir neçə mənbə bildirib.
Bundan əvvəl Fransanın Milli Birlik Partiyasının rəhbəri Marin Le Pen Parisin
Afrika siyasətini tənqid edib. O, Fransanın Nigeri alçaldıcı şəraitdə tərk
etdiyini bildirərək, ölkənin Afrikadan “qovulduğunu” vurğulayıb.
Qeyd edək ki, Emmanuel Makron Fransanın Nigerdəki səfirini geri çağırdığı və
2023-cü ilin sonuna qədər qoşunlarını ölkədən çıxaracağı bildirilib.
Afrika respublikasında hakimiyyəti ələ keçirən üsyançılar qoşunların
çıxarılmasında israr edirdilər. Bundan əvvəl Paris dəfələrlə güzəştə getməkdən
imtina etmişdi.
Mənbə: gazeta.ru