5dc9f425-0b67-46bd-ae19-084c12b143f7..jpg

Fransanın U-21 millisinin sabiq futbolçusu Azərbaycan klubunda

Baxış sayı: 499 dəfə baxılıb.

Fransanın U-21 millisinin sabiq futbolçusu Azərbaycan klubunda

“Araz-Naxçıvan” Fransanın U-21 yığmasının sabiq futbolçusu Aksel Nqandonu
transfer edib.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, oyunçu artıq Bakıdadır.

Tibbi müayinədən keçən yarımmüdafiəçi ilə imzalanan müqavilə mövsümün sonuna
qədər nəzərdə tutulub. Onun son klubu Fransada “Qrenobl” olub.

Qeyd edək ki, 30 yaşlı hücumameyilli oyunçu müxtəlif illərdə Fransanın U-18,
U-19, U-20 və U-21 yığmalarında çıxış edib. Klub karyerasında isə o, ölkəsində
“Renn”, “Oser”, “Anje”, “Bastiya” ilə yanaşı, Türkiyə “Göztəpə”sində gücünü
sınayıb.

Source link