Fransanın xarici işlər naziri xəstəliyini etiraf etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fransanın xarici işlər naziri Stefan Sejurne disleksiyanın yaratdığı
çətinliklərlə üzləşir.
O, bunu “Le Parisien” qəzetinə müsahibəsində etiraf edib.
“Gəncliyimdə mənə ağır disleksiya diaqnozu qoyulmuşdu. 15 il bundan əvvəl belə
müsahibə vermək mənim üçün çətin olardı. Amma çoxlu zəhmət və məşq nəticəsində
nitq qüsurlarından demək olar ki, tamamilə xilas olmuşam. Hərçənd, xəstəliyin
əlamətləri yorğunluq və stress anlarında yenidən ortaya çıxır və onlara qalib
gəlmək mənim üçün çətin olur”, – Sejurne bildirib.
O, bu xüsusiyyətin heç bir şəkildə öz işinin səmərəliliyinə, o cümlədən
beynəlxalq danışıqlardakı mübadilələrə təsir göstərmədiyini vurğulayıb.
Qeyd edək ki, disleksiya tez-tez qiraət çətinliklərində özünü göstərən bir
xəstəlikdir. Bu, insanın anadangəlmə xüsusiyyətidir.