Fransalı üzgüçü Benua Lekomt “Böyük Sakit okean zibil ləkəsi”ni üzməyə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı AFP agentliyi məlumat yayıb.
İdmançı bu gün səhər saatlarında Yaponiyanın Tesi şəhərindən üzməyə başlayıb. Onun məqsədi buradan min kilometrlərlə uzaqda olan San-Fransiskoya üzməkdir.
Lekomt gündəlik 8 saat üzməklə 180 sutka müddətində bu məsafəni qət etməyi planlaşdırır. Əgər o, istəyinə nail olsa, Sakit okeanı üzərək keçən ilk insan kimi tarixə düşəcək.
Üzüntü zamanı Lekomtu yaxtada xüsusi komanda müşayiət edəcək. Bu aksiya ilə fransalı okeanların çirklənməsi probleminə diqqət çəkməyə çalışıb.
Əlli yaşlı Lekomt ABŞ-da yaşayır. O, 1998-ci ildə Atlantik okeanda 6 min kilometrlik məsafəni 73 günə qət edib.