9b8e4931-b53b-4d29-83ff-6edc02527974..jpg

Fransız senator: “Leyla Abdullayeva uğurlu səfir olacaq” – FOTO

Baxış sayı: 842 dəfə baxılıb.

Fransız senator: “Leyla Abdullayeva uğurlu səfir olacaq” – FOTO

Ötən həftə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu
ölkənin Prezidenti Emmanuel Makronatəqdim edib
. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona
fəaliyyətində uğurlar arzulayıb.

Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə
sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva
isə Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu
və sülh gündəliyini təşviq etdiyini bildirib.

Xanım səfirin iki ölkə arasında əlaqələrə necə töhfə verəcəyi maraq doğurur.

Azərbaycanlı siyasətçilər Leyla Abdullayevanın təyinatını uğurlu hesab
edirlər, bəs Fransa tərəfinin mövqeyi necədir?

Fransa Senatının üzvü Natali Qule L.Abdullayevanın fəaliyyətindən
gözləntilərini Modern.az-a açıqlayıb.

Senator bu təyinatın sevindirici hal olduğunu bildirib.

“Leyla Abdullayeva çox istedadlıdır və bir qadın kimi zəhmətkeşdir. Onun böyük
uğurlar qazanacağına əminəm. Əminəm ki, Leyla xanım Fransa ilə Azərbaycan
arasında münasibətləri Elçin Əmirbəyovla olduğu səviyyəyə qaytaracaq. Ümid
edirəm ki, Fransa və Azərbaycan arasında əlaqələr daha güclü olacaq.

Leyla xanımın fransız dili qüsursuzdur. Eyni zamanda ətrafına topladığı
komanda da uğurlu və bacarıqlıdır. Nigar Hüseynova ilə birlikdə onlar böyük
işlər görəcəklər”, – deyə Natali Qule vurğulayıb.

Qeyd edək ki, L.Abdullayeva ötən ilin oktyabr ayında Azərbaycanın Fransada
səfiri təyin olunub. O, bu təyinatadək Azərbaycan XİN-in Mətbuat xidməti
idarəsinin rəisi vəzifəsində çalışıb.

Onu da bildirək ki, L.Abdullayevanın həyat yoldaşı Hüseyn Hüseynov
Azərbaycanın Bolqarıstandakı səfiridir.

Source link