Fransanın Tuluza şəhərində itkin düşən tələbə içkili halda zibil qutusuna giribmiş.
“RİA Novosti” xəbər verir ki, hazırda onun izlərini zibilyandıran zavodda axtarırlar.
Bir həftə öncə 21 yaşlı Etyen Marinin ailəsi onun axtarışlarına başlayıb.
İstintaqa məlum olub ki, tələbə içkili halda səkidə uzanıb, sonra isə zibil qutusunun içinə girib. Gəncin hərəkətləri küçə kameralarına düşüb.
Zibil yığan maşınlar hər səhər qutuları boşaldıb zibil yandıran zavoda aparırlar. İndi hüquq-mühafizə orqanları Etyeni həmin maşında və zavodda axtarırlar. Onun krematoriyada təsadüfü ölümü əsas versiya kimi ciddi araşdırılır.