28e719e5-3569-4b3e-910e-6366632377c7..jpg

“Friends” serialının ulduzu Metyu Perrinin ölümündən əvvəl nahar etdiyi sirli qadın üzə çıxdı – FOTO

Baxış sayı: 508 dəfə baxılıb.

“Friends” serialının ulduzu Metyu Perrinin ölümündən əvvəl nahar etdiyi sirli
qadın üzə çıxdı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Friends” serialının ulduzu Metyu Perrinin ölümündən bir gün əvvəl hoteldə
nahar etdiyi sirli qadın üzə çıxıb.

Bir neçə gün əvvəl evində cakuzidə ölü tapılan “Friends” (“Dostlar”)
serialının Çandleri Metyu Perrinin ölümündən sonra bir çox nəzəriyyələr irəli
sürülüb.

Onun ölümündən əvvəl paylaşımlarının birində “Mattman” ifadəsini işlətməsi də
bəziləri tərəfindən yardım çağırışı kimi qəbul olunub. Sosial şəbəkələrdə
məsələ ilə bağlı qızğın müzakirələr baş verib.

Həmçinin Metyu Perrinin ölümündən əvvəl bir qadınla yediyi nahardan foto
yayımlanıb.

Nəhayət, həmin qadının kim olduğu ortaya çıxıb və o bu barədə TMZ telekanalına
müsahibə verib.

Məlum olub ki, həmin qadın Atenna Krosbi adında 25 yaşlı modeldir.

Krosbi müsahibəsində “Mattman” ifadəsi ilə bağlı da fikrini bildirib. “Metyu
həqiqətən Betmenlə (“Batman”) çox maraqlanırdı. O, hətta özünü “Mattman”
adlandırırdı”, – deyə o qeyd edib

Krosbi Perrinin çox zarafatcıl bir adam olduğunu ifadə edib. O, Perrinin
“Mattman” sözü ilə hansısa şüuraltı mesajlar verdiyi iddiasının həqiqətdən çox
uzaq olduğunu vurğulayıb.

Gənc qadın Metyunun komiks həvəskarı olduğunu deyib.

Atenna Krosbi ölümündən bir gün əvvəl həqiqətən Perri ilə “Bel Air” hotelində
şam yeməyi yediyini bildirib. “Onun öldüyünü öyrənəndə sarsıldım”, – deyə o,
kədərini dilə gətirib.

Krosbi Perrinin yemək zamanı son dərəcə nikbin və yüksək əhvali-ruhiyyədə
olduğunu nəzərə çatdırıb və aktyorun ona yeni layihələri barədə danışdığını
əlavə edib.

Atenna Krosbi Perrinin ölümünün faciəvi bir qəza olduğu qənaətində olduğunu da
diqqətə çatdırıb.

Venesuela vətəndaşı olan Atenna Krosbi və 2021-ci ildə Yuta Universitetində
təhsil alıb.

2023-cü ildə “Miss World America”da Yuta ştatını təmsil edib.

Mənbə: Haber Global

Source link