90b86d1a-e5dd-4f72-8744-f27d14f15987..jpg

FTB 1945-ci ildə Almaniyadan oğurlanmış rəsm əsərini qaytarıb

Baxış sayı: 838 dəfə baxılıb.

FTB 1945-ci ildə Almaniyadan oğurlanmış rəsm əsərini qaytarıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1945-ci ildə İkinci Dünya Müharibəsinin sonunda Almaniyadan oğurlanan, 18-ci
əsrdə yaşamış Avstriya rəssamı İohan Frans Nepomuk Lautererin “İtalyan
mənzərəsi” ölkəyə qaytarılıb.

ABŞ-nin Federal Təhlükəsizlik Bürosu (FTB) Almaniyanın ABŞ-nin Çikaqo
ştatındakı konsulluğunda keçirilən mərasimdə Lautererin əsərini Bavariya dövlət
rəsm toplusunun (Münhen) nümayəndəsinə təqdim edib.

Mənzərədə Lauterer İtaliyanın ucqar kəndlərini təsvir edib. 1945-ci ildə
tablonu özü ilə aparan amerikalı əsgərin nəvəsinin özünün oğurlanmış sənət
əsərlərinin qaytarılması üzrə beynəlxalq “Art Recovery International”
təşkilatına müraciət etdiyi bildirilir.

2011-ci ildə rəsmi satmağa çalışsalar da, muzey ona dair hüquqlarının olduğunu
bəyan edib. Rəsm 2012-ci ildə Almaniyanın itirilmiş incəsənət əsərləri
reyestrinə daxil edilib.

“”Art Recovery International”da işimizin məğzini nasistlər tərəfindən
oğurlanmış və ictimai və ya şəxsi kolleksiyalarda tapılan sənət əsərlərin
tədqiqi və bərpası təşkil edir. Bəzən buna bənzər hallara rast gəlirik ki,
müttəfiqlərin əsgərləri əşyaları suvenir və ya müharibə qəniməti kimi evlərinə
aparırdılar. Qalib olan tərəfdə olmaq bu işdə haqlı olmaq demək deyil”, – deyə
təşkilatın təsisçisi Kristofer Marinello bildirib.

Onun sözlərinə görə, sahibi əvvəlcə rəsmi ona satmağa çalışsa da, sonda onu
təmənnasız verib.

Mənbə: Fox News

Source link