FTB: “İran ABŞ rəsmilərinə sui-qəsdlər planlaşdırıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İran hakimiyyəti iranlı dissidentlərə, həmçinin ABŞ-dəki keçmiş və indiki
yüksək rütbəli rəsmilərə qarşı sui-qəsd planlaşdırıb.
Bunu ABŞ Konqresi Senatında keçirilən dinləmələrdə çıxış edən Federal
Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey deyib.
“Dünyada terrorizmin ən böyük sponsoru olan İran dövləti birbaşa və ya
cinayətkarların cəlb edilməsi yolu ilə iranlı dissidentlərə, ABŞ-nın indiki və
keçmiş yüksək rütbəli dövlət məmurlarına sui-qəsdlər planlaşdırıb. Bu əməllər o
cümlədən ABŞ torpaqlarında da icra olunmalı idi”, – o iddia edib.
FTB direktoru bildirib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsini
nəzərə alaraq, rəhbərlik etdiyi qurum hadisələri diqqətlə izləyir və bunun ABŞ
daxilində xarici aktorların fəaliyyətinə necə təsir göstərə biləcəyini təhlil
edir.
Mənbə: TASS