FTB rusiyalı oliqarxları ələ almağa cəhd edib

Baxış sayı: 2. 797 dəfə baxılıb.

FTB rusiyalı oliqarxları ələ almağa cəhd edib

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) və Ədliyyə nazirliyi rusiyalı oliqarxları məlumat mənbəyi qismində ələ almağı planlaşdırıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin məlumatına görə, amerikalıların maraq dairəsinə Oleq Deripaska da düşüb. Xüsusi xidmətlər tanınmış milyarderə vizaların alınmasında və ABŞ qanunları ilə yaşadığı problemlərin həllində yardım təklif ediblər.

Bunun əvəzində isə Rusiyanın mütəşəkkil cinayət aləmi və Kremlin Trampın seçkiqabağı kampaniyasına mümkün yardımı haqqında məlumatlar tələb olunub.

Əməkdaşlığa dair səylər, böyük ehtimalla, müsbət nəticə verməyib. Deripaska müstəntiqlərin şübhələrinə etirazını bildirib, daha sonra isə hətta Kremlə amerikalıların cəhdləri barədə məlumat verib.

Qəzet qeyd edir ki, Deripaska ilə yanaşı ABŞ-ın xüsusi xidmət əməkdaşları daha 6 rusiyalı iş adamı ilə maraqlanıb. Lakin bütün cəhdlər nəticəsiz qalıb. 

www.ÇıxışYolu.Com