7c882f71-b7bb-465d-8c04-5faed695b145..jpg

Fuad Hüseynəliyev: “Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün tərəflərə ehtiyac yoxdur”

Baxış sayı: 1. 064 dəfə baxılıb.

Fuad Hüseynəliyev: “Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün
tərəflərə ehtiyac yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması üçün qarantlara,
tərəflərə ehtiyac yoxdur, çünki bu sənədi aralarındakı məsələləri heç bir
vasitəçi olmadan həll etmək hüququna malik iki suveren ölkə imzalayır.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC
telekanalının efirində deyib.

Onun sözlərinə görə, üçüncü tərəflərin iştirakı olmadan Azərbaycanla
Ermənistan arasında münasibətlərin normallaşması prosesində müsbət dinamika
müşahidə edilir: “Əvvəllər Ermənistanın bəzi üçüncü dövlətləri, xüsusən də
Fransa, Rusiya, ABŞ və hətta Avropa İttifaqını da (Aİ) cəlb etmək cəhdi ilə
aylarla ləngitdiyi danışıqlar prosesi heç bir nəticə vermədi. Lakin danışıqlar
ikitərəfli əsasa keçəndə müəyyən irəliləyiş əldə olundu”.

O vurğulayıb ki, Azərbaycanla sülh sazişinin imzalanmasına Ermənistanın xarici
siyasətində vektorların dəyişməsi təsir etməməlidir: “Rəsmi İrəvanın xarici
siyasətində anti-Rusiya oriyentasiyası, vektorun Qərbə dəyişməsi var. Bu
baxımdan, Aİ-nin Azərbaycanla şərti sərhəddə hərbi-siyasi missiyasının
genişlənməsi təsadüfi deyil. Yəni bütün bunlar Ermənistanın tamamilə Qərbə
tərəf yönəlməsi üçün atılan addımlardır. Azərbaycan üçün bu halda Ermənistanın
xarici siyasət kursunun əhəmiyyəti yoxdur. Amma hesab edirəm ki, Ermənistan
rəhbərliyi başa düşməlidir ki, xarici siyasətdə bəzi vektorların dəyişməsi belə
qonşuları ilə münasibətlərə, ilk növbədə isə Azərbaycanla sülh sazişinin
imzalanmasına təsir etməməlidir”.

Source link