489d9732-d614-4e17-8f92-308fd438e653..jpg

Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”

Baxış sayı: 657 dəfə baxılıb.

Fuad Hüseynəliyev: “Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı
məqbuldur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku
TV”nin “Aktual” verilişində deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində artıq
heç bir işi qalmayıb:

“Burada rusiyalı əsgərlərin qalmasının heç bir mənası, məramı da yoxdur. Onlar
bir müddət əvvəl minatəmizləmə işlərinə kömək etməyə başlamışdılar, lakin hesab
edirəm ki, məhz bunun üçün də fərqli üsullar mövcuddur. Belə ki, onlar
Fövqəladə Hallar Nazirliyinin xətti ilə minatəmizləmə sahəsində öz
köməkliklərini göstərə bilərlər. Bunun üçün onları ölkədə saxlamağa ehtiyac
yoxdur”.

“Məlumdur ki, sülhməramlılar 2020-2021-ci ildə minatəmizləmə işlərinə
qoşulmuş, daha sonra təmizlədikləri ərazilər barədə hesabat da vermişdilər.
Sülhməramlılarda mina xəritələrinin daha düzgün versiyalarının olması
ehtimalına qarşı onların bu sahəyə cəlb edilməsi bizim üçün də xeyirli ola
bilər. Ancaq onları mülki missiya kimi cəlb etməklə əməkdaşlıq mümkündür.
Rusiya sülhməramlılarının Azərbaycanda qalması həm bizim, həm də Rusiya üçün də
faydalı deyil, əksinə, əlavə xərcdir, yükdür. Bu xərci Rusiya qarşılayır və
bilirik ki, başqa ölkənin ərazisində xidmət etməyin maliyyə cəhətdən qarşılığı
da tam başqadır”, – Agentlik rəhbəri qeyd edib.

F.Hüseynəliyev bildirib ki, bundan başqa, 2023-cü ilin sentyabr ayında
Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərindən keçən
altı ay ərzində burada qalmaq və Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin
də hüquqları təmin olunub:

“Yəqin ki, Rusiya sülhməramlıları da burada işlərinin qalmadığını başa düşərək
vəziyyəti rəsmi Moskvaya məruzə ediblər. Bundan sonra da ölkə rəhbərlikləri
səviyyəsində missiyanın sonlandırılması qərara alınıb”.

Agentlik direktoru vurğulayıb ki, sülhməramlıların 2020-ci ildə Qarabağ və
digər ətraf rayonlarda yerləşdirilməsi erməni silahlı qüvvələrinin sözügedən
ərazilərdən çıxarılmasına paralel aparılmalı idi:

“Hansı ki, bunu təmin etmədikləri üçün Azərbaycan Ordusu məsələni kökündən
həll etdi. Eyni zamanda iki icma arasında ilkin mərhələdə dialoqun qurulmasına
kömək etməli idilər. Faktiki olaraq, artıq bu dialoq da qurulub. Bu baxımdan
Rusiyanın sülhməramlılarını Azərbaycandan çıxarması qərarı məqbuldur”.

Source link