2088fc0b-8c50-4922-b259-814aac6c5c88..jpg

Fuad Poladovun teatrdan uzaqlaşma səbəbkarı kimdir? – VİDEO

Baxış sayı: 515 dəfə baxılıb.

Fuad Poladovun teatrdan uzaqlaşma səbəbkarı kimdir? – VİDEO

“Fuad Poladov mənə zəng etdi. Dedi, hiss edirəm ki, bu adam səni işdən
çıxaracaq. Əgər belə olsa, mən sənə görə işdən çıxacağam”.

Bunu Baku TV-nin “Retro Baku” verilişinin Fuad Poladova həsr olunmuş
buraxılışında mərhum Xalq artisti ilə bağlı xatirələrini bölüşən aktyor Hikmət
Rəhimov deyib.

Aktyor teatrdan öz ərizəsi ilə işdən çıxarkən F.Poladovun ona dəstəyindən
danışıb.

“Ərizədə yazacağım cümləni belə Fuad müəllim demişdi. Həmin cümlə belə idi:
“Mən belə yaradıcı mühitdə işləmək və qalmaq istəmirəm”. Çünki mən həmin an
avressiv ola, artıq söz yaza bilərdim”, – deyə o söyləyib.

Verilişdə mərhum aktyorun həmkarı Vəfa Fətullayeva ilə qovuşa bilməməsindən də
bəhs olunub.

Qeyd edilib ki, ətrafdakılar buna səbəb kimi aktrisanın anası Hökümə
Qurbanovanın izdivaca mane olmasını göstəriblər.

Ətraflı verilişi təqdim edirik:


Source link