“Fukusima-1”dən okeana radioaktiv su partiyasının buraxılmasının ikinci
mərhələsinə başlanılıb
Yaponiyada fövqəladə vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasının
(AES) reaktorlarının soyudulması üçün istifadə edilən suyun Sakit okeana
axıdılması əməliyyatının ikinci mərhələsi başlayıb.
Məlumata görə, TEPCO şirkəti AES-də toplanan 7,8 min ton təmizlənmiş suyun
ikinci partiyasını dənizə buraxmağa başlayıb. İkinci suburaxma müddəti
birinciyə oxşar olacaq və bunun 17 gün davam edəcəyi gözlənilir.
Xatlrladaq ki, yaponiyalı mütəxəssislər zədələnmiş atom elektrik
stansiyasından suyun okeana buraxılmasına avqustun 24-dəbaşlayıb
yəni 2024-cü il martın 31-dək ümumilikdə 31 200 ton atmağı planlaşdırır.
Tərkibində tritium olan su 1 km uzunluğunda yeraltı tunel vasitəsilə
hissə-hissə okeana axıdılacaq.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) rəhbərliyi əməliyyatın
təhlükəsizliyini təmin edib. BAEA-nın baş direktoru Rafael Qross suyun
boşaldılmasının insanlara və ətraf mühitə radioloji təsir göstərəcəyinietiraf
edib
Yaponiyanın Baş naziri Fumio Kişida da çirkab sularının Sakit okeana
axıdılmasının təhlükəsizliyini göstərmək üçün ictimaiyyət qarşısındahəmin
ərazinin dəniz məhsullarından
yeməyi yeyib.
Mənbə: İnterfaks