143b5d94-21c1-4fb7-9604-e3959752f4d7..jpg

Füsunkar səsi ilə ürəkləri fəth edən sənətkar Şövkət Ələkbərovanın anım günüdür

Baxış sayı: 703 dəfə baxılıb.

Füsunkar səsi ilə ürəkləri fəth edən sənətkar Şövkət Ələkbərovanın anım günüdür

Bu gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür.

Cixisyolu.com xəbər verir ki, Ş.Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan
olub.

O, Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini
bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub.
1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və
öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların
diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət
Ələkbərova “Qarabağ şikəstəsi”ni ifa edib, Fatma Mehrəliyeva və Gülağa
Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın
peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.

1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Ş.Ələkbərovanın
ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox
böyük məşhurluq qazanıb.

O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran,
Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib. Şövkət
Ələkbərovanın repertuarındakı “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar,
Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları milyonlarla insan
tərəfindən sevə-sevə dinlənilib.

Ş.Ələkbərova fevralın 7-də 1993-cü ildə dünyasını dəyişib.

Source link