bfe170e6-d14c-4b00-9163-908d8ead2e25..jpg

Futbol matçında qalmaqal: Klub prezidenti rəqibin oyunçusunu şillələdi – FOTO

Baxış sayı: 1. 095 dəfə baxılıb.

Futbol matçında qalmaqal: Klub prezidenti rəqibin oyunçusunu şillələdi – FOTO

Türkiyənin Yalova şəhərində keçirilən Super Həvəskarlar Liqasında qalmaqallı
hadisə yaşanıb. “Yeşilovaspor” və “Çınarcık Belediyespor” komandaları arasında
“Atatürk” stadionunda baş tutan matçda dava düşüb.

0:0 hesabı ilə bitən oyundan sonra futbolçular arasında gərginlik yaşanıb və
bu zaman “Yeşilovaspor” klubunun prezidenti Yalçın Oruç meydançaya atılaraq
“Çınarcıkspor”un futbolçusuna şillə vurub.

Hücuma məruz qalan futbolçu yıxılıb, klub prezidenti isə polis tərəfindən
ərazidən uzaqlaşdırılıb. Sonra tribunada olan futbolçularla vətəndaşlar
arasında da qarşıdurma yaranıb, məsələyə polis müdaxilə edib.

Hadisə zamanı bəzi azarkeşlərin də meydana endikləri müşahidə edilib.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Mənbə: Haber Global

Source link