dc014acc-f839-4d57-b327-5bc681f11859..jpg

Futbol meydançasında qanlı cinayət: Ayağına vuran tanışını bıçaqladı

Baxış sayı: 632 dəfə baxılıb.

Futbol meydançasında qanlı cinayət: Ayağına vuran tanışını bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda marketə silahlı basqın etməkdə
təqsirləndirilən Sakit Quliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Leyla Əsgərova-Məmmədovanın
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il bir gün müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə
qətimkan tədbiri ləğv edilib. Sakit Quliyevin barəsində həbs qətimkan tədbiri
seçilib və o, dərhal məhkəmə zalında həbs olunub. Təqsirləndirilən şəxs
cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 30 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Bakı
şəhəri Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi “Şuşa şəhərciyi” adlanan ərazidə
yerləşən futbol meydançasında qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü
Sakit Quliyev futbol oynayarkən tanışı, zərərçəkmiş Fəxri Həsənov (şərti) topu
ondan almağa çalışıb. Bu zaman zərərçəkmiş ayağı ilə onun ayağına vurub, sonra
isə əlləri ilə onu itələyib. Daha sonra həmin şəxslərin arasında mübahisə
yaranıb. Nəticədə Sakit üzərində gəzdirdiyi bıçaqla Fəxrinin sol ayağının bud
nahiyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib. Məhkəmədə Sakit
Quliyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində deyib
ki, Fəxri Həsənovla əvvəllər düşmənçiliyi olmayıb, futbol oynayarkən aralarında
baş verən mübahisə zəminində ona qarşı nalayiq ifadələr işlətdiyinə görə
bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirib. Futbola işdən çıxıb getdiyinə görə
üzərində çörək bıçağı olub. Təqsirləndirilən şəxs bildirib ki, hadisəni
törətdikdən sonra isə həmin bıçağı atıb. Hadisə baş verən zaman 17 yaşı olub.
Həbs edilənə qədər mebel ustası kimi çalışıb və zərərçəkmiş şəxslə barışıq əldə
etdiyini söyləyib.

Source link