Futbol millimiz yerində sayır

Futbol millimiz yerində sayır

Baxış sayı: 2. 555 dəfə baxılıb.

FIFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, millimizin mövqeyində dəyişiklik baş verməyib.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 245 xalla Sudanla birgə 126-cı yerdədir. 

Yoldaşlıq görüşlərindəki rəqiblərimizdən iki pillə irəliləyən Qazaxıstan 117-ci, mövqeyi dəyişməyən Qırğızıstan 75-ci, Latviya 139-cudur. 

UEFA Millətlər Liqasındakı rəqiblərimizə gəldikdə, bir pillə irəliləyən Farer adaları 93-cü, mövqeyi dəyişməyən Kosovo 152-ci, Malta isə 185-ci pillədədir. 

Siyahının ilk 47 pilləsində isə dəyişiklik baş verməyib. Yenə Almaniya I, Braziliya II, Belçika III pillədədir. Qardaş Türkiyə isə 714 xalla 37-ci sırada qərarlaşıb.

S.T.
www.ÇıxışYolu.Com