15 yaşadək futbolçulardan (U-15) ibarət Azərbaycan yığmasının baş məşqçisinin kimliyi müəyyənləşib.
ÇıxışYolu.Com xəbər verir ki, bu vəzifə Famil Xəlilova həvalə olunub.
Qeyd edək ki, Famil Xəlilov ötən mövsüm “Qəbələ” klubunun U-19 komandasının baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında bu komanda AFFA-nın Gənclər Liqasının qalibi olub və ölkəni UEFA Gənclər Liqasında təmsil etmək hüququ əldə edib.
Bununla da bütün kişi futbol komandalarının baş məşqçiləri müəyyənləşmiş olub.
Xatırladaq ki, U-16 yığmamıza Azər Məmmədov, U-17-yə Ramin Quliyev, U-19-a Vüqar Məmməd, U-20 və U-21-ə Rəşad Sadıqov və əsas milliyə Qurban Qurbanov başçılıq edir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com