Futbol üzrə Azərbaycan kubokunun püşkü atıldı

Baxış sayı: 2. 348 dəfə baxılıb.

Futbol üzrə Azərbaycan kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan kubokunun püşkü atılıb.

ÇıxışYolu.Com xəbər verir ki, səkkizi Premyer Liqa, dördü isə I diviziondan olmaqla 12 komandanın mübarizə aparacağı turnirin püşkatmasının nəticələri belə olub:

1/8 final

“Ağsu” – “Sabah”

“Keşlə” – “Şüvəlan”

“Sumqayıt” – “Qaradağ Lökbatan”

“Kəpəz” – “Səbail”

1/4 final

“Qəbələ” – “Ağsu” / “Sabah”

“Qarabağ” – “Keşlə” / “Şüvəlan” 

“Neftçi” – “Sumqayıt” / “Qaradağ Lökbatan”

“Zirə” – “Kəpəz” / “Səbail”

Qeyd edək ki, bir oyundan ibarət olacaq 1/8 final dekabrın 6-da keçiriləcək. 15/16 və 19/20 dekabrda 1/4, 23 aprel və 1 mayda 1/2 final oyunları baş tutacaq. Final isə mayın 19-da olacaq. Həlledici qarşılaşmanın harada keçiriləcəyi hələ bilinməsə də, bunun Gəncə şəhər stadionunda baş tutacağı gözlənilir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com