57a2e628-88d7-42e3-b8d3-940b5d23bae9..jpg

Futbol üzrə dördqat dünya çempionu vəfat etdi – FOTO

Baxış sayı: 512 dəfə baxılıb.

Futbol üzrə dördqat dünya çempionu vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya millisinin sabiq futbolçusu və məşqçisi Mario Zaqallo 92 yaşında
vəfat edib.

Bu barədə əfsanəvi braziliyalının sosial şəbəkə hesabında paylaşım edilsə də,
onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Mario Zaqallo dörd dəfə dünya çempionu olub. O, bu nəticəyə iki
dəfə futbolçu qismində, iki dəfə isə Braziliya millisinin məşqçisi kimi nail
olub. Braziliya millisinin heyətində 1958 və 1962-ci illərdə, Braziliya
millisinin məşqçisi kimi isə 1970 və 1994-cü illərdə dünya çempionu olub.

Mütəxəssis Braziliya millisinə rəhbərlik edərkən, həmçinin, iki dəfə – 1997 və
2004-cü illərdə Amerika Kubokunu da əldə edib. Bundan əlavə, Zaqallonun
rəhbərliyi altında Braziliya millisi 1997 və 2005-ci illərdə Konfederasiya
Kubokunun qalibi olub.

Mənbə: Championat.com

Source link