f5455f6b-ab32-4fc8-9cb9-eb485f709897..jpg

Futbol üzrə Özbəkistan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazanıb

Baxış sayı: 408 dəfə baxılıb.

Futbol üzrə Özbəkistan millisi ilk dəfə Olimpiadaya vəsiqə qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Özbəkistan yığması 23 yaşadək futbolçular arasında Asiya Kubokunun
yarımfinalında İndoneziya yığmasını 2:0 hesabı ilə məğlub edərək Paris
Olimpiadasına vəsiqə qazanıb. Yarış Qətərdə keçirilir.

Asiya Kubokunun nəticələrinə əsasən üç ən yaxşı komanda Olimpiya turnirinə
vəsiqə qazanacaq.

Özbəkistan komandası turnirin finalında mayın 3-də Yaponiya və İraq yığmaları
arasında keçirilən oyunun qalibi ilə qarşılaşacaq. Özbəklər qalib gəlsələr,
Paraqvay, Mali və İsrail komandaları ilə eyni qrupa düşəcəklər. Özbəkistan
komandası məğlub olacağı təqdirdə ispanlar, misirlilər və dominikanlarla
qarşılaşacaq.

Qeyd edək ki, Özbəkistan millisi ilk dəfə Olimpiadada çıxış edəcək. Futbol
üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 10-dək Fransanın yeddi şəhərində
keçiriləcək.

Mənbə: TASS

Source link