MLS liqasında “Vankuer Uaytkeps”in hücumçusu Kristian Teçer “Real Solt-Leyk” klubuna qarşı keçirilən matçda qol sevincinə görə meydandan kənarlaşdırılıb.
ÇıxışYolu.Com xəbər verir ki, hadisənin görüntüsü liqanın rəsmi “Twitter” səhifəsində yayılıb.
Teçer 75-ci dəqiqədə rəqib qapıya təyin olunan penaltini yerinə yetirib. Qol sevinci zamanı uruquaylı futbolçu köynəyini çıxardığına görə sarı kart alıb.
Bu onun oyundakı ilk yazılı xəbərdarlığı olmadığına görə, baş hakim onu geyinib-soyunma otağına yollayıb.
Soooo, Techera scores from the spot…but then gets his second yellow for taking off his jersey in the celebration. #VANvRSL https://t.co/0uP4Q9vmKQ
— Major League Soccer (@MLS) 28 April 2018