Almaniyanın “Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası tribunada dünyasını dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqqda “Gazeta.ru”yazır. Mixael Gentner dünən axşam “Herta” ilə matçın (2:1) gedişində anidən yıxılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi hələlik məlum deyil.
Hadisə ilə bağlı “Ştutqart” klubu açıqlama yayaraq futbolçuya başsağlığı verib.
ÇıxışYolu.Com yeniləndi!