Futbolçunun zədələnmə səbəbi yatdığı döşək imiş

Baxış sayı: 2. 498 dəfə baxılıb.

Futbolçunun zədələnmə səbəbi yatdığı döşək imiş

Braziliya millisinin həkimi Rodriqo Lasmar ötən gün zədələnən Marselonun durumu haqda danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, o hazırda müdafiəçinin özünü yaxşı hiss etdiyini deyib: 

“Marselonun onurğaətrafı əzələsində ağrı var idi. İndi yaxşıdır. Fizioterapevtik proseslər bir qədər kömək edib. Durumu haqda sabah daha dəqiq danışa bilərik”.

Rodriqo Lasmar Marselonun zədəsi ilə bağlı maraqlı iddia irəli sürüb: 

“Zədənin əsas səbəbini başa düşmək çətindir. Bu, köhnə zədədir. Marselonun əvvəl də belində problemi olub. Otelin döşəyi normadan çox yumşaqdır. Ola bilər ki, buna görə Marselonun beli ağrıyıb”.

Xatırladaq ki, Marselo DÇ-2018-in III turu çərçivəsində keçirilən Serbiya ilə oyunun doqquzuncu dəqiqəsində zədələnib və onuncu dəqiqədə Felipe Luislə əvəzlənib.

S.M.
www.ÇıxışYolu.Com