Futbolun paytaxtında misli görülməmiş təhlükəsizlik tədbirləri – VİDEO

Baxış sayı: 2. 841 dəfə baxılıb.

Futbolun paytaxtında misli görülməmiş təhlükəsizlik tədbirləri – VİDEO

Moskva futbol üzrə dünya çempionatının açılışına hazırlaşır.

ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, Rusiyanın paytaxtına on minlərlə xarici turistin gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

Küçələrdə polis naryadları artırılıb, şəhərin giriş-çıxışlarında blokpostlar qurulub.

Təhlükəsizliyin təmin olunması üzrə qərargah, dünya çempionatı üçün potensial təhdidləri minimuma endirdiklərini əmin edir.

Terror təhlükəsi bir yana, çılğın futbol azarkeşləri arasında kütləvi davaların düşməsi riski daha yüksəkdir. Ancaq rusiyalı azarkeşlər yerli mətbuata verdikləri açıqlamada, “xariciləri döyməyəcəklərinə” söz veriblər.

Azarkeşlərin davranışlarına Beynəlxalq polis əməkdaşlığı mərkəzi nəzarət edəcək. Asayışı pozanlar “qara siyahıya” daxil edilir.

Dünya çempionatının matçları Rusiyanın müxtəlif şəhərlərində, 11 stadionda keçiriləcək.

Yerli mətbuat çempionatın açılışından bağlanış mərasiminə kimi, şəhərlərdə misli görülməmiş təhlükəsizlik ölçülərinin qüvvədə olacağını yazır.

.
www.ÇıxışYolu.Com